Mahir Emrelinin baş məşqçisi istefa verdi

21.04.2022 14:41 700
Ölkə futbolu
Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) baş məşqçi Jelko Kopiçlə yolları ayırıb.

"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis bu haqda Xorvatiya klubunun rəsmi saytına açıqlamasında bildirib. O, rəhbərliyə, futbolçulara və klubun bütün işçilərinə təşəkkür edib.

Qeyd edək ki, Kopiç 2021-ci ilin dekabrından “Dinamo”nu çalışdırırdı. Zaqreb təmsilçisi ötən gün 9-cu turdan təxirə salınan oyunda “Hayduk”a 0:1 hesabı ilə uduzub. Kopiç qarşılaşmadan sonra mətbuat konfransına qatılmamışdı.