“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı 5-ə enib.
"Football-plus.az" UEFA-nın saytına istinadən xəbər verir. Sabah keçiriləcək püşkatmada “səpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan bu 5 komandadan biri olacaq:
"Jrinski" (Bosniya və Herseqovina)
"Lex" (Polşa)
"Hibernians" (Malta)
"Şkupi" (Şimali Makedoniya)
"Dinamo" (Batumi, Gürcüstan)