""Neftçi" və "Qəbələ"nin rəqiblərinin duelində 3 qol

11.07.2022 09:16 424
Konfrans Liqası
"Qəbələ" və "Neftçi"nin Konfrans Liqasındakı rəqibləri - Macarıstanın "Fehervar" və Kiprin "Aris" (Limassol) klubları yoxlama oyununda üz-üzə gəlib.

Football-plus.az xəbər verir ki, matç macarların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ" və "Neftçi" sözügedən komandalarla iyulun 21-də və 28-də qarşılaşacaq.