"Neftçi" ilə "Qəbələ"nin rəqibləri üz-üzə gələcək

1.07.2022 22:35 338
Dünya futbolu
Avropa Konfrans Liqasında "Neftçi"nin Rəqibi olan "Aris" hazırlığı davam etdirir.

"Football-plus.az" xəbər verir ki, iyulun 4-dən 11-dək Sloveniyada təlim-məşq toplanışı keçəcək Kipr klubu 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Limassos təmsilçisi iyulun 6-sı "Slaven Belupo" (Xorvatiya), 7-si "Aris" (Yunanıstan), 10-u Konfrans Liqasında "Qəbələ"nin rəqibi olan "Fehervar" (Macarıstan), 14-ü isə "Dnepr-1" (Ukrayna) ilə qarşılaşacaq.