Nəhayət, Usman Dembelenin məsələsinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, o, yeni mövsümə də son klubunda başlayacaq. İyulun 1-dən azad agent statusuna malik olan futbolçunun “Barselona” ilə yeni – ikiillik müddətə anlaşdığı xəbər verilir. 25 yaşlı fransız hücumçu məvacibinin 40 faiz azaldılmasına razılaşıb. Usman yeni mövsümdən Anssumane Fatinin aldığı maaşla kifayətlənməli olacaq.
Dembele “Barselona”da 2017-ci ildən çıxış edir. O, son mövsüm bütün turnirlərdə iştirak etdiyi 32 matçda komandasına 2 qol və 13 məhsuldar ötürmə ilə faydalı olub.