Usman Dembelinin məsələsinə aydınlıq gəlib.
O, növbəti mövsümə “Barselona”da başlamayacaq. “El Mundo Deportivo” qəzetinin xəbərində hücumçunun klubu tərk etmək qərarına gəldiyi bildirilir. Rəhbərliyin sonuncu təklifi də fransız futbolçunu qane etməyib. Beləliklə, Usman iyulun 1-də azad agent statusu qazanacaq. Yeri gəlmişkən, onun “Çelsi”yə üz tutacağı haqda xəbərlər yayılıb.