"Lex" Bakıda bu məkanı seçdi

9.07.2022 11:38 1 061
Çempionlar Liqası / Günün xəbəri
Bakıda “Qarabağ”ın qonağı olacaq “Lex”in səfər planı bəllidi. Polşalılar iyulun 11-i, səhər saatlarında paytaxtımıza təşrif buyuracaq.

“Lex” Bakının ən gözəl otellərindən olan “Hilton”da yerləşəcək. Həmin gün saat 18.40-da qonaqların baş məşqçisi Con van den Bromun mətbuat konfransı, 19.00-da isə açıq məşq olacaq. Bu məlumatları qəzetimizə açıqlamasında “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə verdi.

Bu arada “Lex”in futbolçusu Mikael İshak karyerasını Almaniyada davam etdirə bilər. İsveçli hücumçu “Sankt-Pauli” ilə anlaşıb. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Keçidin yaxın zamanda reallaşacağı gözlənilir. İshak “Lex”in “Qarabağ”ı məğlub etdiyi ilk oyunda yeganə qolun müəllifi olub.

Poznan klubunun sabiq futbolçusu və məşqçisi Dariuş Skşipçak isə ilk oyun haqda danışıb. Tanınmış mütəxəssis ağdamlıların ilk hissədə üstün oynadığını deyib:

"Fasiləyə kimi “Qarabağ”ın böyük üstünlüyü var idi. Lakin bu səviyyədə oynayanda qol vurmaq vacibdi. Hücum baxımından “Lex” daha effektli idi. Fasilədən sonra qarşılaşmanın mənzərəsi dəyişdi. Məncə, iki məqam əsas oldu. Fasiləyə az qalmış vurulan qol və 62-ci dəqiqədə gerçəkləşən iki əvəzetmə matçın axarını dəyişdi. “Lex” ilk 15-20 dəqiqədə qol buraxmaq istəmirdi. Müdafiəyə çəkilmişdilər. “Qarabağ” topa sahib olmuşdu. Rəqibi geridə qəbul etmək baha başa gələ bilərdi. “Lex” “Qarabağ”ın təzyiqinə dözdü və hesabı qoruya bildi. “Lex” yüksək hədəflər uğrunda mübarizə aparır. Komandanın hara qədər gedəcəyini demək çətindi. “Qarabağ”ın fonunda komandanın imkanlarını və sərhədlərini bildik. Görünən odu ki, komandanın güclənməyə ehtiyacı var”.


İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul