"Qarabağ"a qol vuran futbolçu "Lex"i tərk edir

7.07.2022 09:58 624
Çempionlar Liqası
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex”in futbolçusu Mikail İshak karyerasını Almaniyada davam etdirə bilər.

"Football -plus az" xəbər verir ki, isveçli hücumçu “Sankt-Pauli” ilə anlaşıb. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.

İshak “Lex”in “Qarabağ”ı məğlub etdiyi ilk oyunda yeganə qolun müəllifi olub.

“Qarabağ” Poznan təmsilçisi ilə cavab görüşünü iyulun 12-də Bakıda keçirəcək.