Roberto De Zerbi Ukraynanı tərk edib.
Football-plus.az xəbər verir ki, məlumatı italiyalı jurnalist Canluka Di Martsio yayıb. O, 43 yaşlı məşqçinin “Şaxtyor”la müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsini pozduğunu bildirib. De Zerbi Donetsk klubuna 2021-ci ilin mayında təyinat almışdı.
“Şaxtyor”la ölkə superkubokunu qazanan italiyalının komandası Ukraynada hərbi əməliyyatlar başlayana qədər turnir cədvəlinin lideri olduğu üçün çempion elan edilmişdi.