“Şaxtyor”da debüt etmədən iş yerini dəyişəcək

1.05.2022 19:00 504
Dünya futbolu
David Neresin “Şaxtyor”dakı karyerası alınmayıb.

O, Ukrayna klubunda debüt etmədən iş yerini tərk edəcək. Braziliyalı futbolçunun karyerasını Portuqaliyada davam etdirmək şansı çoxdu. Onun agenti Juliano Bertolussi ilə “Benfika” arasında aparılan danışıqlar sona çatmaq üzrədi. 25 yaşlı vinger Donetsk klubuna yanvarda “Ayaks”dan keçmişdi. Rusiyanın Ukraynaya hərbi təcavüzü Davidi iş yerini dəyişməyə vadar edib.