Dadaşov "Vulverhempton"la məşqlərə başladı

4.07.2022 19:58 434
Dünya futbolu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Vulverhempton”un düşərgəsinə qoşulub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı forvard "canavarlar"ın əsas komandası ilə məşqlərə başlayıb.

Son mövsümü Portuqaliya "Tondela"sında keçirən Dadaşov 2019-cu ildən "Vulverhempton"da çıxış edir.