Arnor Siqurdsson ÇSKA ilə müqaviləsini növbəti mövsümün sonuna qədər dayandırıb.
İslandiya yığmasının yarımmüdafiəçisi ötən mövsümü icarə əsasında “Venetsiya”da keçirib. 23 yaşlı futbolçu FİFA-nın Rusiyada çıxış edən legonerlərə klubları ilə müqaviləni 2023-cü ilin yayına qədər olan müddətdə dayandırmaqla bağlı verdiyi hüquqdan yararlanıb. Siqurdsson ÇSKA-da 2018-ci ildən çıxış edir.