"İdeal şərait var" - "Səbail"in yeni transferi

22.06.2022 16:50 429
Premyer-liqa
"Səbail"in yeni transferi Kizito Luvaqa klubun mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, vinger "dənizçilər"ə keçidi haqda bunları deyib:

"Komandaya gəldiyim ilk gündən ailə ruhunu hiss etdim. Hər şeyi unudub yalnız məşqlərə və qələbələrə köklənmək üçün ideal şərait var".


Qeyd edək ki, "Səbail" Kizito ilə 1 illik müqavilə imzalayıb.