Yeni transferi "Səbail"ə keçidindən danışdı

22.06.2022 09:39 449
Premyer-liqa
“Səbail”in yeni transferi Qoba Zakpa Azərbaycan təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinə danışan vinger bunları deyib:

“Komandada məni çox yaxşı qarşıladılar. İnfrastruktur və təşkilatçılıq yüksək səviyyədədi. Mən artıq buranı sevirəm”.

29 yaşlı futbolçu “Səbail”lə 1 illik müqavilə bağlayıb.