"Sabah"ın yeni transferi Namiq Ələsgərov paytaxt klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdi”.
Namiq həmçinin “Sabah” azarkeşlərinə də müraciət edib. O, klubun tərəfdarlarını stadiona səsləyib:
“Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.
"Sabah" Namiq Ələsgərovla 3 illik müqavilə bağlayıb.