Bir neçə gün əvvəl Corco Kyellininin karyerasını ABŞ-da davam etdirəcəyi açıqlandı.
“Yuventus”un və İtaliya yığmasının sabiq müdafiəçisi “Los Anceles” ilə ilyarımlıq müqavilə bağlayıb. Klubun meneceri Con Torrinqton AÇ-2020-nin qalibi ilə bağlı fikirlərini belə açıqlayıb:
“O, xüsusidi, həm oyunçu, həm də bir şəxsiyyət kimi unikaldı. Kyellinini sıralarımıza cəlb etmək klubumuzu yeni səviyyəyə qaldırmaq üçün unikal imkandı. Corco güclü heyətin bir üzvünə çevriləcək, liderlik keyfiyyətləri, qələbə əzmi və təcrübəsi ilə hamıya nümunə olacaq. O, ən yüksək səviyyədə oynamış qələbə silsiləsidi. Və biz ona “Los Anceles”i seçdiyi üçün minnətdarıq”.