Kyellininin yeni klubu bilindi

13.06.2022 18:13 435
Dünya futbolu
"Yuventus"dan ayrılan Corco Kyellininin yeni klubu rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı müdafiəçi ABŞ təmsilçisi "Los-Anceles"lə müqavilə bağlayıb. Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kyellini "Yuventus"a 2005-ci ildə, "Fiorentina"dan keçib. "Qoca sinyora"nın heyətində ümumilikdə 559 oyuna çıxan futbolçu 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.