“Qarabağ”ın rəqibi qapıçısını icarəyə yolladı

16.06.2022 11:14 550
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" qapıçısı Bartoş Mrozeklə müqaviləni uzadıb, daha sonra isə onu icarəyə yollayıb.

“Football-plus.az” saytının məlumatına görə, bu haqda Poznan təmsilçisinin mətbuat xidməti xəbər yayıb. 22 yaşlı qolkiperlə 2024-cü ilin iyununa qədər yeni müqavilə bağlanılıb. Daha sonra isə o, ölkənin "Stal Mieleç" klubuna bir mövsümlük icarəyə verilib.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək.