“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

15.06.2022 14:34 1 060
Çempionlar Liqası
Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.

“Football-plus.az” saytının məlumatına görə, 14.00-da başlayan mərasimdə "Qarabağ"ın mümkün rəqibinin adına aydınlıq gəlib.

Ağdam təmsilçisi birinci təsnifat mərhələsində "Lex"lə üz-üzə gələcık. “Köhlən atlar” Poznan səddini keçərsə, İsveçrə çempionu "Sürix"lə qarşılaşmalı olacaq.

İkini mərhələnin ilk oyunları 19-20 iyulda, cavab qarşılaşmaları isə 26-27 iyulda keçiriləcək.