"Turan Tovuz" yeni mövsümün hazırlığına başladı

19.06.2022 17:35 696
Ölkə futbolu
Yeni mövsümdən premyer-liqada çıxış edəcək "Turan Tovuz" çempionatın hazırlıqlarına start verir.

“Football-plus.az” saytının məlumatına görə, bu haqda klubun mətbuat xidməti xəbər yayı. Hazırda Tovuz şəhər stadionunda ot örtüyü yeniləndiyindən komanda təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda həyata keçirəcək.

Ayxan Abbasovun rəhbərliyi altında bu gündən etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli ilk mərhələ start götürəcək.

Daha sonra, komanda koplektləşmiş heyətlə ayın 27-də yenidən bir araya gələcək. Transfer və hazırlıq planının növbəti mərhələləri haqda ətraflı məlumat veriləcək.