Namik Ələskərov Azərbaycana döndü

17.06.2022 10:28 1 086
Premyer-liqa / Manşet
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin müddəti 3 ildi.

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Ələskərov “Sabah”da "17" nömrəli formada çıxış edəcək.