Namik Ələskərov "Bursaspor"un ən yaxşı ikinci futbolçusudu

7.04.2022 13:35 519
Dünya futbolu
Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” TFF 1-ci liqasının ilk dövrəsində 39 qol vurub ki, bunlardan 16-ı legionerlərin payına düşür.

“Olay”ın məlumatına görə, millimizin üzvü komandanın ikinci ən məhsuldar legioneridi.

O, 4 qol və 5 assistlə oynayıb. Lider isə 5 qol və 4 assistlə oynayan Massimo Brunodu.