“Bursaspor” Azərbaycan millisinin hücumçusu Namik Ələskərovla müqaviləsinə xitam verəcək.
"Football-plus.az" xəbər verir ki, bunu Türkiyə I Liqasını tərk edən klubun prezidenti Ömər Burkan Banaz açıqlayıb.
Bu gün mətbuat konfransı təşkil edən klub rəhbəri əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını söyləyib:
“Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.
Qeyd edək ki, TFF I Liqasında sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi təmin olunub. Əsasnaməyə görə, II liqada heç bir komanda əcnəbi futbolçu oynada bilməz.