Millimiz böyük hesabla uduzdu

7.06.2022 19:22 602
Yığma
Bu gün U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması hazırda 7 xalla sonuncu- 5-ci pillədə qərarlaşıb. Siyahıya 19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür.

Əlavə edək ki, yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.

7 iyun

Avro-2023, seçmə mərhələ

Finlandiya - Azərbaycan - 3:0
Qollar: Skottya 50, Antmann 55, Sadiku 79

Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)

"Helsinki Football Stadium"