Yığmanın oyunlarını ingilis və portuqal hakimlər idarə edəcək

1.04.2022 14:50 473
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 7-də Bosniya və Herseqovina və 12-də Danimarka yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.


Sarayevoda keçiriləcək Bosniya Herseqovina - Azərbaycan qarşılaşmasını İngiltərədən, Viborqda baş tutacaq Danimarka – Azərbaycan oyununu isə Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:

Bosniya və Herseqovina – Azərbaycan
7 aprel. Sarayevo. Saat 17.00
Baş hakim: KÖRSTİ DOVİL, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (Hamısı İngiltərə)

Danimarka – Azərbaycan
12 aprel. Viborq. Saat 20.00
Baş hakim: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (hamısı Portuqaloya)