"Bursaspor" millimizin üzvü Namik Ələskərovla yollarını rəsmən ayırıb.
“Football-plus.az” saytının məlumatına görə, bu haqda Türkiyə mətbuatı xəbər yayıb. Mənbədə 27 yaşlı futbolçunun müqaviləsinə xitam verildiyi qeyd edilib.
Bursa klubu ikinci liqaya yuvarlanıb. Qaydalara görə isə bu liqada yalnız Türkiyə vətəndaşları oynaya bilər.