• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cavid Hüseynov: “Cəbrayıl” birinci divizionda çıxış etsəydi, heç yerə getməzdim”

Ölkə futbolu

8-06-2022, 21:0

Geridə qalan mövsüm Region Liqasında “Cəbrayıl”ı çempionluğa daşıyan Cavid Hüseynovun yeni iş yeri məlum olub.

Etibarlı mənbədən "Football-plus.az"a daxil olan məlumata görə, B kateqoriyalı mütəxəssis növbəti mövsümdən “Neftçi”nin U-19 komandasını çalışdıracaq. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Hüseynovla söhbətləşməyi lazım bildik.

- Yeni işin xeyirli olsun.

- Hansı işim?

- “Neftçi”yə təyinatını nəzərdə tuturam. Əldə etdiymiz məlumata görə, növbəti mövsümdən “ağ-qaralar”ın U-19 komandasını çalışdıracaqsan.

- Dəqiq söhbət deyil. Mətbuat belə yazır.

- Hər halda, od olmayan yerdən tüstü çıxmaz...

- Belə deyək, “tüstü” var (gülür), ancaq təsdiqini tapmalıdı. Özün də bilirsən ki, belə məsələlərə Müşahidə Şurası qərar verir.

- Məncə, Müşahidə Şurasının üzvləri Cavid Hüseynovun “Neftçi”də çalışmasına etiraz etməz.

- İnşallah. Görək necə olur.

- “Neftçi”də çalışacağın halda “Cəbrayıl”ın aqibəti necə olacaq? Komandanı gələn ay UEFA Region Liqası çərçivəsində Belarus təmsilçisi ilə önəmli qarşılaşma gözləyir.

- Hazırda həmin oyuna hazırlaşırıq. Məncə, burda problem yaşanmayacaq. Həmin oyunlardan sonra komandanı təhvil verəcəm. Daha dəqiq desəm, rəhbər kimi qalacam. Sadəcə, baş məşqçi postuna başqa mütəxəssis dəvət olunacaq.

- Sirr deyilsə, “sükan”ı kimə təhvil vermək fikrin var?

- Bu sual açıq qalıb. Hələ heç nə bilinmir. Ancaq iş bacaran, özümüzün də yaxından tanıdığımız bir məşqçi olacaq.

- “Cəbrayıl”ın divizionda iştirakına icazə verilsəydi, “Neftçi”nin təklifini qəbul edərdin?

- Komanda aşağı dəstədə çıxış etsəydi, heç yerə getməzdim. Bir də komandanın birinci divizionda necə olacağından çox şey asılı idi. Biz hər məsələyə peşakar kimi yanaşırdıq. Açğı, bu gün üçün aşağı dəstədə vəziyyət o qədər də ürəkaçan deyil. Divizion komandalarının bəzilərinin işə yanaşması acınacaqlıdı. “Cəbrayıl”ın aşağı dəstədə çıxışına icazə verilsəydi, həm klubun, həm də futbolçuların inkişafı üçün böyük işlər görməyi planlaşdırmışdıq.

- Məndə olan məlumata görə, sənə başqa klublardan da iş təklifi gəlib. Bildiyim qədər “Sumqayıt” da məşqçi kimi xidmətində maraqlı olub.

- Bəli, “Sumqayıt” rəhbərliyindən də iş təklifi almışam. Bu barədə danışığımız olub. İndi elə mərhələdi ki, işlə bağlı görüşlər keçirilir, müzakirələr aparılır.Mənə xoşdu ki, həm “Sumqayıt”, həm də “Neftçi” maraqlanır, iş təklifi göndərir. Əsas odu ki, işləmək istəyirəm və mənə də bu şəraiti yaratmaq istəyən klublar var. Məşqçi kimi inkişaf etmək, uğurlar qazanmaq istəyirəm.

- “Cəbrayıl”ın hazırlığı necə gedir?

- Çox istərdik ki, çempion olduğumuz kollektivlə UEFA Region Liqasında da yolumuza davam edək. Əlavə 4-5 futbolçu da dəvət edib, yaxşı komanda qurmaq olardı. Təəssüf ki, istəyimiz baş tutmadı. Komandanın 95 faizini dəyişmək məcburiyyətində qaldıq. UEFA-nın reqlamentinə görə keçmişdə peşəkar müqaviləsi olan heç bir futbolçu bu turnirdə çıxış edə bilməz. Hətta əvəzedici heyətlə müqaviləsi olanlara da icazə verilmir. Belə olan halda yenidən komanda formalaşdırmalıyıq. Açığını deyim, çox çətin prosesdi. Qısa vaxtda yeni kollektiv qurmaq çox çətindi. Buna baxmayaraq, ortaya iş qoymağa çalışırıq. Bunu nə qədər bacaracağımızı zaman göstərəcək. Hər halda, azarkeşlər bizi başa düşər. Təxminən 25 gündən sonra meydana çıxmalıyıq. Bu günə kimi yeni kollektivlə cəmi üç məşqə çıxmışıq. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.

- Məşqlərə Bakıda başlamısız, yoxsa Şamaxıda?

- Hələ ki Bakıda məşq edirik. İyunun 12-dən etibarən isə hazırlıq Şamaxıda davam edəcək.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

5-06-2022, 16:0

Cavid Hüseynovun yeni iş yeri bəlli oldu - ÖZƏL

Ölkə futbolu / Manşet

2-06-2022, 13:0

Cavid Hüseynov “Cəbrayıl”la bağlı bu qərarı verib – AÇIQLAMA

Aktual / Manşet

27-04-2022, 13:0

"Ona qalsa, bizim də penaltimiz verilmədi" - Cavid Hüseynov

Aktual / Manşet / Günün xəbəri

21-05-2022, 12:0

Cavid Hüseynov: "Düşünürəm ki, gələn mövsümdən 1-ci divizionda çıxış edəcəyik" - AÇIQLAMA

Aktual
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə