Qazaxıstan - Azərbaycan matçının yayınında niyə problem yaşanır? - AÇIQLAMA

3.06.2022 19:20 460
Maraqlı / Manşet
Hazırda UEFA Millətlər Liqasında keçirilən Qazaxıstan - Azərbaycan oyununun canlı yayımında texniki problemlər yaşanır.

Yayımçı "CBC Sport" telekanalından ""Football-plus.az"a verilən məlumata görə, bu, qarşı tərəfin siqnalı ötürə bilməməsindən qaynaqlanır.

Məsələyə UEFA-nın monitorinq qrupu da qarışıb. Problemin qısa zamanda aradan qaldırılması üçün iş gedir.

"Texniki problemə görə izləyicilərdən üzr istəyirik" deyə telekanaldan bildirilib.

Qeyd edək ki, Nur-Sultandakı "Astana Arena"da keçirilən görüşdə hazırda meydan sahibləri öndədir - 2:0.