Millimizlə oyuna yeni futbolçu çağırıldı

19.05.2022 20:48 541
Yığma
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasında heyətə yeni futbolçu cəlb edilib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev "Aktobe"nin müdafiəçisi Alibek Kasıma dəvət göndərib.

Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.