Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlandı

31.05.2022 14:52 545
Yığma
Azərbaycan yığmasının Millətlər Liqasının I turunda Qazaxıstanla keçirəcəyi matç üçün təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşdə əsas söz sahibi İştvan Vad olacaq. Ona yan xətlərdə Vencel Tot və İstvan Albert köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.

İyunun 3-də Nur-Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.