Ağabala Ramazanovun yeni klubu - RƏSMİ

3.06.2022 16:48 754
Aktual / Premyer-liqa
Azərbaycan millisinin üzvü Ağabala Ramazanov artıq 3 gün oldu ki, "Zirə"dən ayrılıb.

Klubdan ayrılma səbəbinin başa çatan müqavilə müddəti olduğunu bildirən hücumçuya yeni müqavilə təklifi də olunmadı.

Keçid üçün bir neçə komanda ilə danışıq prosesində olan 29 yaşlı futbolçunun yeni komandası artıq bəlli oldu. Hücumçu növbəti mövsümdən etibarən "Səbail"in formasını geyinəcək. Bu barədə klubun rəsmi "feysbuk" səhifəsi məlumat yayıb. Ramazanovla bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, futbolçunun qardaşı Zaur Ramazanov "Səbail"in baş məşqçisi Mahmud Qurbanovun köməkçisidi.



ŞAİR ABDULLA