Ötən günlərdə AFFA İcraiyyə Komitəsinin qərarı ilə gələn mövsüm üçün premyer-liqada legioner limitində dəyişiklik edildi.
"Football-plus.az" xəbər verir ki, çempionatda "7+4" formatı istifadə olunacaq. Görəsən, bu, ölkə futboluna xeyir verəcək? Məsələ ilə bağlı fikirlərini bildirməsi üçün “Sabah”ın baş məşqçisi Murad Musayevlə əlaqə saxladıq. Rusiyalı mütəxəssis verilən qərarın doğru olduğunu dilə gətirdi:
"Mən gələn gündən demişəm, Azərbaycan çempionatının səviyyəsinin qalxmasını, futbolçuların inkişafını istəyirsizsə, legioner limiti olmamalı, gənc futbolçu limiti yığışdırılmalı, 5 əvəzetməyə keçid olmalıdı. Verilən qərarlar ürəyimcədi".