• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İsgəndər Cavadov klubların legioner siyasətini “qamçıladı”

Ölkə futbolu / Manşet

8-05-2022, 16:0

İşğaldan azad olunan ərazilərdə ilk beynəlxalq yarışın - Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilən avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku” reqatasının qonaqlar arasında AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da var idi.

Tanınmış futbol adamı Suqovuşana Asim Xudiyevlə birgə gəlmişdi. Fürsətdən istifadə edib İsgəndər bəylə son günlər ölkə futbolunda yaşanan yeniliklər barədə söhbətləşdik.

- İcraiyyə Komitəsinin son iclasında “Araz Naxçıvan”, “İmişli” və Mingəçevir”in birinci diviziona buraxılması ilə bağlı qərar qəbul olundu. Komanda sayını daha artıq etmək olmazdı?

- Bəli, bu dəfə aşağı dəstədə çıxış etmək üçün üç komandanın qarşısında “yaşıl işıq yandırıldı”. “Kəpəz”lə “Turan Tovuz” növbəti mövsümdən premyer-liqada iştirak edəcək. Sonrakı mövsüm daha iki komanda cəlb edib, sayı 12-yə yüksəltmək istəyirik. Gələcəkdə bəlkə daha da artdı. Bizdə sponsor məsələsi problemdi. İki-üç klubdan başqa, hamısı AFFA-nın boynundadı. Regiondakı klubların rəhbərləri ilə öncədən görüşmüşəm. Mənim işim bu yöndə icra başçıları ilə görüş keçirməkdən ibarət idi. Bölgələrdə yeni komandalar yaratdıq. İcra başçıları da bu ideyanı dəstəkləyir. Ancaq onlarda da komandaları saxlamaq üçün maliyyə baxımından problem var. Yerli iş adamları bu işə qoşulmur. AFFA prezidenti Rövnəq Abdullayevə bu haqda məlumat verdim. Hansısa iş adamı AFFA-ya müraciət etmək üçün 500 min manatlıq bank təminatı göstərməlidi ki, camaat onun pulunun olub-olmadığını bilsin.

- Bir qədər əvvəl kuratoru olduğunuz “Kəpəz”in növbəti mövsümdən elitada çıxış edəcəyi dəqiqləşdi...

- “Kəpəz”in premyer-liqaya gəlməsi futbolun inkişafına böyük təkan verəcək. Hələ 5 il əvvəl AFFA İcraiyyə Komitəsində məsələ qaldırdım ki, Gəncədə futbol olmalıdı. Gəncə futbol şəhəridi, orda daim istedadlı futbolçular olub. O vaxt “Neftçi”nin heyətinin yarısı gəncəlilər idi. Orda böyük futbol məktəbi var idi. Şəhərin infrastrukturu futbolun olmasına imkan verir. Orda hava limanı, vağzal, çoxlu otel, bir sözlə, qonaq qəbul etmək üçün hər cür şərait var. Ən vacib məqam isə azarkeşlərdi. “Kəpəz”in oyunlarına daim 15-20 min adam gəlir. Gəncə futbolu sevən şəhərdi. Bölgəsiz futbol mümkün deyil. Rəhbərlik də bunun üstünə düşüb.

- İcraiyyə Komitəsinin iclasında limit məsələsi də gündəliyə salınmışdı. Müzakirələrdən sonra “6+5” variantı saxlanıldı. Bu qərardan razı qalanlar da oldu, narazılar da. Sizin mövqeyinizi bilmək istərdik.

- Premyer-liqada “6+5” limitini saxlamağı qərara aldıq. Hesab edirəm ki, 6 əcnəbi və 5 yerli oyunçu çox gözəl variantdı. Limitə baxmayaraq, klublar yenə çox əcnəbi gətirməyə davam edirlər ki, bu da məni narahat edir. Yaxşı futbolçular olsa, 6 nəfər komandanın 70 faizi deməkdi. AFFA bu limitin qüvvədə qalmasını qərara aldı. Klublar 14 legioner gətirsələr belə, meydana onlardan yalnız 6-nı buraxa biləcəklər. Bu qədər əcnəbi gətirməkdə məqsədlərinin nə olduğunu bilmirəm. Amma düzgün yanaşma deyil. Kiminsə zədələnmə ehtimalını nəzərə alıb əlavə 2-3 nəfər gətirmək olar. Amma 14-15 əcnəbi dəvət etmək düzgün deyil. Klubların öz qərarıdı, onların işinə qarışa bilmərik. Ancaq yenə deyirəm, 6-sı oynayacaqsa, 15 əcnəbi gətirmək nəyə lazımdı? Yerli futbolçuları da fikirləşməliyik. Onlar da oynamalıdı. Bir yaxşı əcnəbi üç nəfərin yerinə oynayır. Əvvəllər əcnəbiləri ona görə gətirirdilər ki, yerli oyunçuları öyrətsin, klubun avrokuboklarda uğurlu çıxışına kömək etsin. Bunu bacarmayandan sonra 15 əcnəbi nəyə lazımdı? Klublar Komitəsi əcnəbi sayının 7-yə yüksəldilməsini təklif etdi, amma iclasda hamı bunun əleyhinə oldu.

RƏŞAD, Suqovuşan

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

6-05-2022, 11:0

Suqovuşanda Prezident Kuboku start götürdü

İdman

4-05-2022, 22:0

Moldova yığması Azəbaycana gəldi

İdman / Manşet

5-05-2022, 13:0

İlk beynəlxalq turnir ərəfəsində parad keçirilib

İdman

4-05-2022, 13:0

Türkiyə millisi Azərbaycanda

Ölkə futbolu / Manşet

8-05-2022, 14:0

Asim Xudiyev Şuşanı planlaşdırdı, Suqovuşana getdi

İdman

7-05-2022, 21:0

"Prezident kuboku-2022" başa çatdı

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə