• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Limit Azərbaycan futbolunun heç 4-cü problemi də deyil! - KÖŞƏ

Manşet / Yazarlar

3-06-2022, 11:0

Beləliklə, mayın 31-də ölkə futbolu ilə bağlı növbəti komediyanın iştirakçısına çevrildik.

Əlbəttə, baş rolda başqalarıdı, yəni AFFA İcraiyyə Komitəsinin üzvləri, futbol ictimaiyyətinin qalan təbəqələri seyrçi rolundadı. Aprelin 29-da ölkə çempionatında legioner limiti olduğu kimi (6+5) saxlanılmışdısa, bir ay sonra qurum məsələyə yenidən baxdı və mövqeyini dəyişdi. Yəni bundan sonra çempionat oyunlarında 7 əcnəbi ustalığını göstərməyə, 4 yerli futbolçu da onlara baxıb, nəsə öyrənməyə çalışacaq. Demək olar, yüzdəyüz əminəm ki, dünyanın heç bir başqa ölkəsində bir ay içində iki dəfə legioner limiti müzakirə olunmayıb və hər dəfə də fərqli qərar verilməyb. Qoy olsun, bu əcaib məqamın üzərindən sükutla keçib, mahiyyətə varaq.

Hər şeyin məhz təzyiqin nəticəsi olduğunu güman edirdik, amma baş katib Sərxan Hacıyev sağ olsun, “xüsusən avrokuboklara qatılacaq klubların təkliflərinə baxdıq” deməklə məsələyə aydınlıq gətirdi. AFFA aprelin 29-da limiti saxlayandan sonra bu yay avrokuboklara komanda çıxaracaq 4 baş məşqçidən üçü – Qurban Qurbanov, Rəşad Sadıqov və Samir Abasov narazılığını gizlətmədi. Onlar yerli oyunçularla rəqabətədavamlı komanda yaratmağın mümkünsüzlüyü hər addımda önə çəkirlər. Srağünkü qərar yığma maraqlarının birmənalı şəkildə klub maraqlarına qurban verilməsidi. Narazıların iddiasına inansaq, “4-lüy”ə, premyer-liqada 10 klubun yarışacağını nəzərə alsaq, “40-lığ”a düşmək uğrunda yerli futbolçular arasında rəqabət artacaq və bu da onların inkişafına gətirib çıxaracaq. Eyni zamanda qitə kuboklarında legioner limitinin olmaması Azərbaycan klublarının 7+4 sistemində daha güclü heyət qurmasını şərtləndirəcək. Sadəcə, Sərxan bəyin “rəqabətədavamlı klubların çoxalması çempionatımızın inkişafına və gücləndirilməsinə gətirib çıxaracaq, bu da milli komandanın müsbət nəticə göstərməsindən yan keçə bilməz” kimi fikirləri arasında heç bir səbəb-nəticə əlaqələri tapa bilmədim ki, tapan varsa, mənə də desin.

“Milliləşdirilən” oyunçuları bir kənara qoyaq. İndi belə çıxır ki, ölkəmizin əsas və U-21 yığmaları məhz həmin 40 futbolçu əsasında formalaşmalıdı. Lap “Kəpəz”lə “Turan”ın əsasən yerlilərə güvənəcəyini də hesablayıb, bu rəqəmi 50-yə çatdıraq. Heç biri öz klublarında əsas rollarda olmayan 5 legioneri də siyahıya əlavə edəndə De Byazi ilə Obradoviçin 55 futbolçunun ümidinə qaldığını görmək çətin deyil. 55 futbolçu əsasında iki güclü komanda formalaşmalı və bunlardan biri Millətlər Liqasında – Slovakiyanın da yer aldığı qrupda 1-ci yeri tutmalıdı. Mən De Byazinin dostu-qohumu deyiləm. Amma öz aramızdı, bu futbolçu resursu və potensialı ilə 10 gün ərzində 4 oyun keçirəcək komandadan liderlik tələb etmək ağılsızlıqdı, yoxsa məzələnmək?
Açığı, mən Samir Abasovu da az-çox başa düşürəm. “Neftçi”ni uzun fasilədən sonra çempion edən, amma son mövsümdə “Qarabağ”a müqavimətsiz boyun əyən adam indiyə qədər heç bir yaş qrupu üzrə yığmanı çalışdırmamaqdan dolayı bir qədər məsuliyyətsiz ola, yerli-yersiz yerli futbolçuların yarıtmazlığından danışa bilər. Bəs Qurban Qurbanovla Rəşad Sadıqova nə olub? Axı onlar yığmaların “sükanı arxasında” olublar, heyət formalaşdırmağın çətinliyini anlayırlar. Guya meydanda sayı bir vahid azalacaq yerli futbolçular bundan sonra dəridən-qabıqdan çıxacaq, hər cür fədakarlığa gedəcəklər. Təbii ki, mən bunun mümkünlüyünə inanmıram. Limit Azərbaycan futbolunun nəinki əsas, heç 2-ci, 3-cü, 4-cü problemi də deyil. Bizdə ciddi idarəçilik, vəsaitdən lazımi şəkildə yararlanmamaq, aşağı yaş qruplarında işin düzgün qurulmaması, kadrların yerində olmaması, şəxsiyyət problemləri var. Limit 7+4 yox, hətta 8+3 olsun, hər il iki klubumuz ÇL-in və ya KL-in qrupuna düşəcəksə, mən ikiəlli razıyam. Belə yanaşma hər nə qədər yığmanın maraqlarına və mənafeyinə zidd olsa da, azərbaycanlı futbolsevərlərin böyük turnirlərdə yığmalarını görmək arzusunu faktiki “dəfn etsə” də... Amma bizdə “Qarabağ”dan başqa müntəzəm sabit nəticələr göstərməyə qadir komanda və ya komandalar varmı? Birmənalı şəkildə yoxdu. Bir qədər sonra yığmaların və klubların Avropadakı nəticələrini görəcəyik, limit dəyişikliyinin mənasızlığını anlayacağıq və yenə də yada ...limit düşəcək. Ağıllı adamlar, adətən, başqalarının səhvlərindən nəticə çıxarır, hərəkətlərinə çəki-düzən verirlər. Biz isə 30 ildi müstəqil futbol təsərrüfatı qurmuşuq, hələ də inkişaf yolunu tapa bilmirik. Bacardığımız bir ayda iki dəfə limit iclasına yığışmaq və hər dəfə də fərqli qərar verməkdi. Yazıqlar olsun!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

28-05-2022, 13:0

AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!

Premyer-liqa

31-05-2022, 21:0

Premyer-liqa ilə bağlı vacib qərar verildi

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Premyer-liqa / Manşet

4-06-2022, 11:0

Rusiyalı məşqçi AFFA-nın qərarını bəyənib - AÇIQLAMA

Ölkə futbolu

4-06-2022, 13:0

Vaqif Sadıqov: “Ehtimal var ki, klublara böyük maliyyə dəstəyi olacaq”

Premyer-liqa

31-05-2022, 21:0

İcraiyyə Komitəsinin mühüm qərarları

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə