“Futbolumuzun reallığı elədi ki...” - AÇIQLAMA

2.06.2022 21:00 585
Ölkə futbolu / Manşet
Çoxdan gözlədiyimiz Millətlər Liqası bizim üçün sabah start götürəcək.

Ən azı adlara baxanda komandamızın normal qrupda yer aldığını deyə bilərik. Doğrudu, Latviya və Maltaya qarşı keçirdiyimiz son iki yoldaşlıq oyunu bu fikirlərin üstündən hardasa xətt çəkdi. Görünür, Canni de Byazi bizdən fərqli bu matçlara dəvət etdiyi futbolçulardan razı qaldığından bu dəfə də böyük ölçüdə həmin oyunçuları çağırıb.

Millinin heyəti ilə bağlı Tural Əsgərovun fikirlərini öyrəndik. Tanınmış futbol menecerinin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Məşqçi olmadığıma görə heyət haqda çox danışmaq istəmirəm. Həm də gəlin etiraf edək ki, millinin başında kim olur-olsun, bir-iki ad fərqiylə eyni seçimi edərdi. Seçim imkanı çox məhduddu. Riçard Almeyda və Bədavi Hüseynova gəlincə, təəssüf ki, futbolumuzun reallığı elədi ki, bəziləri oynamayanda da müntəzəm çıxış edənlərdən daha yaxşı olurlar”.


SƏNƏM FƏRHADOVA