"Azərbaycan güclü komandadı" - Qazaxıstanın baş məşqçisi

31.03.2022 14:19 486
Yığma
Qazaxıstan yığmasının baş məşqçisi Andrey Karpoviç Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.

Təcrübəli mütəxəssis Azərbaycanı güclü komanda adladırıb:

"Kifayət qədər balanslı qrupdu. Slovakiya, Belarus və Azərbaycan güclü komandalardı. Ancaq təvazökar olmağa gərək yoxdu. Qarşımıza ciddi vəzifələr qoymalıyıq. Əks halda niyə oynayırıq? Bu, təkəbbür deyil. Sadəcə hədəflərimizi yüksək seçməliyik".