Belarus – Azərbaycan oyununun məkanı müəyyənləşdi - RƏSMİ

28.04.2022 15:23 763
Ölkə futbolu
UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Azərbaycan milli komandasının səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Belarus – Azərbaycan oyunu Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.