Zaur Axundov hardadı? - AÇIQLAMA

15.03.2022 16:14 1 604
Aktual / Ölkə futbolu / Manşet
“Keşlə”nin hələ də “Şamaxı” ola bilməməsi idman mediasının gündəmini zəbt edib.

Çoxları problemin nədən qaynaqlandığını bilmir. Deyilənə görə, Zaur Axundovun AFFA ilə arası dəyib. “Keşlə”nin Müşahidə Şurasının sədri 5 il ərzində komandaya xərclədiyi pulları federasiyadan tələb edir. Özü də hazırda Londondadı. Həm PFL-ə, həm də AFFA-ya “mən gəlməmiş komandanı Şamaxıya köçürməyin”, - deyə ultimatum göndərib. Bu səbəbdən də “Keşlə”nin ad və şəhər dəyişmə prosesi yubanır.

Görəsən, həqiqətən də hadisələr belə cərəyan edib? Zaur Axundov “Keşlə”nin “Şamaxı” olmasını istəmir? Əvvəlcə başlayaq klubun Müşahidə Şurasının sədrinin harda olmasından. Sualımızı “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədova ünvanladıq:

“Yazılanlar həqiqəti əks etdirmir. Zaur Axundova Bakıdadı. Öz işləri ilə məşğul olur. Digər məsələlərlə bağlı Zaur Axundovun özündən açıqlama ala bilərsiz”.


Məsələ ilə bağlı “Keşlə”nin Müşahidə Şurasının sədri ilə əlaqə saxlamağa cəhd etsək də, istəyimiz alınmadı. Zaur Axundov zənglərimizə cavab vermədi.

İLKİN SULTANLI