"Barselona" fransalını razı salmağa çalışır

31.03.2022 19:14 440
Dünya futbolu
“Barselona” hücumçusu Usman Dembele ilə yeni müqavilə mövzusunda danışıqları canlandırıb.

“Sky Sports”un yaydığı xəbərə inansaq, klub srağagün 24 yaşlı fransalının təmsilçiləri Mussa Sissoko və Marko Lixtştayner ilə əlaqə saxlayıb. Deyilənə görə, futbolçunun təmsilçiləri “Barselona”nın yeni təklifini dinləməyə və yaxın həftələrdə klub rəhbərliyi ilə görüşməyə razılıq verib.

2017-ci ilin avqustundan “Barselona”nın şərəfini qoruyan Dembele 2021/22 mövsümündə keçirdiyi 21 oyunda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla indiki müqaviləsinin müddəti iyunun sonunda bitəcək.