• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Azərbaycanda idman üçün hər cür şərait var" - Nazir

Aktual / İdman

30-05-2022, 22:0

İdman naziri Fərid Qayıbovun Bakıda keçirilən Atıcılıq üzrə dünya kubokunun yarışları haqda jurnalistlərə müsahibəsi...

- Siz yarışları izləyirsiz. Təəssüratlarınız necədi?

- Dünya kuboku ənənəvi yarışdı. Pandemiya zamanı keçirilməyib və indi ilk böyük miqyaslı yarışdı. 66 ölkədən 700-dən artıq idmançılar iştirak edir. Bu da dünya kuboku üçün böyük rəqəmdi. Bu turnir Azərbaycanın böyük yarışları qəbul edə bildiyinin sübutudu. Turnirin keçrildiyi məkan çox gözəldi. Bilirsiniz ki, Avropa oyunlarından öncə bura yenidən qurulmuşdu. Bu yarışdan öncə də Azərbaycan Atıcılıq Federasiya tərəfindən də bəzi təmir işləri görüldü. Görürük ki, yarışlar ən yüksək səviyyədə təşkil olunub. Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti də burdadı. Qeyd etdiyim kimi, 66 ölkənin idmançılarının, nümayəndələrinin olması, bir neçə ölkədə yarışların canlı yayınlanması sübut edir ki, Azərbaycanda bu idman növü düzgün inkişaf edir. İnanıram ki, nəticələrimiz də olacaq.

- Yarışlar olduqca gərgin keçir. Bu da onu sübut edir ki, bütün güclü idmançıların Azərbaycanda keçirilən turnirə marağı var. Məhz bu səbəbdən onlar dünya kubokunda iştirak edirlər?

- Bəli! Bizdə bu idman növündə Zemfira xanım Olimpiya çempionu olub. Olimpiya mükafatçımız da var. Bir müddət nəticələrimiz olmadı. Amma bu idman növündə bizim adət-ənənələrimiz var. Sadəcə, bunu geri qaytarıb, inkişaf etmək lazımdı. Bunun üçün işlər görülür. Federasiya bu məsələrlə bağlı çalışır. Biz də bunu görürük. Bilirsiniz ki, Ruslan Lunyov bu il çox yaxşı nəticələr əldə edib. Amma doğma meydanda həyacanlıdı. Amma onun hələ də medal qazanmaq üçün şansı var. İnanıram ki, bu il də onun üçün uğurlu olacaq. Ümumiyyətlə, digər idmançılarımız da müəyyən çətinlik dövründən sonra yaxşı nəticələr əldə edəcəklər. Komandamızın heyətində gənc atıcılarımız var. Yenə qeyd edirəm ki, bizdə atıcılıqla bağlı adət-ənənə var. Ən əsası da düzgün idarəçilik var. Düşünürəm ki, bunların hamısı nəticə verəcək.

- Özünüz nə vaxtsa həvəskar səviyyədə də olsa, atıcılıqla məşğul olmusunuzmu? Yarışları görəndən sonra siz də atıcılığa maraq yarandı?

- Mənim gözüm bir az pis görür. Məndə heç vaxt atıcılıq alınmayıb (gülür). Bizim məktəbdə bu idman növü üçün şərait var idi. Özümü Qəbələdə 1-2 dəfə stend atıcılığından yoxlamışam. Bir neçə dəqiq atışım olub.

- Dünya kubokunda medal qazanan bütün idmançılar Bakı Atıcılıq Mərkəzininin dünya standartlarından üstün olduğunu bildirirlər. Bunu Azərbaycan idmanı üçün yüksək göstərici hesab etmək olar?

- Əlbəttə! Bilirsiniz ki, burda ilk Avropa oyunları keçirildi. Həmin hadisə Azərbaycan üçün böyük nəticə idi. Oyunlar üçün fərqli məkanlar lazım idi. Yeni idman mərkəzləri tikildi. Mövcüd məkanlar təmir olundu. Bu gün ancaq Azərbaycana dünya kubokunda iştirak etmək üçün gəlmirlər. Bakı Atıcılıq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən təlim-məşq toplanışına gələnlər də var. Təbii ki, bu iqtisadi cəhətdən də bizim üçün yaxşıdı. Həm də azərbaycanlılar digər ölkənin atletləri ilə birgə məşq edirlər. Bundan əlavə, xariclərdən nəsə öyrənirlər. Bizim gözəl məkanlarımız çoxdu. Bilirsiniz ki, bizim gimnastika, su idmanı sarayımız var. Onlar təkcə Bakıda deyil. Bölgələrimizdə də bir-birindən gözəl idman mərkəzlərimiz var. Qəbələdə də atıcılıq üzrə dünya kuboku keçirilmişdi. Yəni biz bölgələrdə də beynəlxalq səviyyəli yarışlar keçirə bilirik. Təlim-məşq toplanışları üçün də Azərbaycan yaxşı yerdi. Dağlıq ərazilərimiz, dənizimiz var. Bir sözlə, Azərbaycan idman üçün hər cür şərait var. İnşallah, nəticələrimiz də buna uyğun olacaq.





İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

28-05-2022, 14:0

Atıcılıq üzrə dünya kuboku yarışına start verilib - FOTOLAR

İdman / Manşet

2-06-2022, 10:0

"Bakıdakı mərkəz dünya səviyyəlidi" - Avstraliyalı çempion

İdman / Manşet

2-06-2022, 16:0

Nazir müavini bolqarıstanlı idmançıdan nə tələb edib? - AÇIQLAMA

İdman

1-06-2022, 09:0

"Atletlərimiz ölkənizi çox sevdilər" - Hindistanlı məşqçi

Aktual
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
Son xəbərlər
  • Bu gün, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 131
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə