Atıcılıq üzrə dünya kuboku yarışına start verilib - FOTOLAR

28.05.2022 14:50 439
İdman
Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışın birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak edirlər.

İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 703 idmançı, 331 nümayəndə mübarizə aparacaq. Artıq idmançılar və nümayəndə heyətləri Bakıdadı.

Yarışda idmançılar ümumilikdə, 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Atıcılıq üzrə dünya kuboku yarışına start verilib