• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” rəhbərliyinin Aftandil Hacıyevlə vidalaşmasının - ŞOK SƏBƏBLƏRİ

Ölkə futbolu / Manşet

26-05-2022, 18:0

Mayın 13-də “Səbail”lə yeni müqavilə bağlayan Aftandil Hacıyevin anlaşmasının müddəti cəmi 10 gün çəkdi.

2018-ci ilin yayında “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçi postundan ayrılaraq “dənizçilər”ə üz tutan, ilk ilində komandaya premyer-liqanın bürünc medallarını qazandırıb Avropa Liqasına daşıyan 40 yaşlı mütəxəssisin klubdan ayrılması barədə fərqli versiyalar dolaşır ki, bu yazıda bir-bir onlara toxunub, hanısının reallığa yaxın olduğunu aydınlaşdırmağa çalışacağıq.

Fikir ayrılığı, yoxsa 0:5?

Klubun idman direktoru Fərəc Əliyev baş məşqçi ilə yolların ayrılmasına münasibət bildirərkən “fikir ayrılığı yarandı” söyləyib. Təbii ki, bu, sadəcə, vəziyyətdən çıxmaq üçün deyilən sözlərdi. Məgər baş məşqçi ilə yeni müqavilə imzalananda qarşıdan gələn mövsüm üçün planlar müzakirə olunmamışdı? Heç şübhəsiz, anlaşmanın müddəti uzadılarkən, növbəti “futbol ili” müzakirə olunmuş, artırılması gözlənilən büdcəyə uyğun komanda formalaşdırmaqdan tutmuş, kollektivin mövsümlərarası fasilədə toplanış üçün hara üz tutacağı ətrafında fikir mübadiləsi aparılmışdı. Bu yerdə ortaya bir neçə sual çıxır. Qarşılıqlı razılıq əldə olunmamışdısa, ikitərəfli öhdəliklər götürülməmişdisə, məqsədlər ətrafında ortaq məxrəcə gəlinməmişdisə, birillik müqavilə necə bağlanmışdı? Hacıyevlə rəhbərlik arasında narazılığın baş qaldırdığını “Sumqayıt”la matçdan sonra təşkil olunan mətbuat konfrasnda səslənən fikirlərdən də duymaq olardı. Aftandil bəy son vaxtlar “Səbail” ətrafında şişirdilmiş söhbətlərin dolaşdığını, heç də hər şeyin deyildiyi kimi olmadığını vurğulamışdı. Görünür, onun üstüörtülü də olsa, ictimaiyyətə siqnal ötürməsini rəsmilər həzm edə bilməyib və çempionat bitəndən iki gün sonra Hacıyevlə müqaviləyə xitam verilib. Söylənilənlərə inansaq, bəzi qüvvələr xeyli vaxtdı “Səbail”in “sükanı arxasına” öz adamını gətirmək üçün fürsət gözləyirmiş. Uğursuz mövsümün sonunda “kimyaçılar”a 0:5 hesablı məğlubiyyət isə onların əlinə bəhanə verib.

Hacıyevin geniş səlahiyyət istəyi xoş qarşılanmayıb

İstefa ilə bağlı daha bir versiya transfer məsələlərində baş məşqçi ilə rəhbərlik arasında yaşanan fikir ayrılığıdı. Aftandil Hacıyev rəsmilər, daha doğrusu, klubun əsas sponsoru “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüşü zamanı iddialı və hədəfi olan komanda formalaşdırmaq üçün bütün transfer məsələlərinin öz himayəsində olmasını istəyib. Yəni komandaya kimin gələcəyinə, kimin gedəcəyinə özü qərar vermək istəyib ki, bu da rəhbərlik tərəfindən xoş qarşılanmayıb. Söylənilənlərə inansaq, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin iqtisadi məsələlər üzrə müavini Cəlal Fərəcli baş məşqçinin geniş səlahiyyət istəməsini xoş qarşılamayıb və yuxarı instansiyalarla söhbət zamanı Hacıyevin “qələmini qırıb”.

Öz istəyi ilə ayrılıb?

Yaşananlarla bağlı kuluarlarda gəzən söz-söhbətlərə inansaq, Aftandil bəy “Səbail”dən öz istəyi ilə ayrılıb. Söylənilənlərə görə, 40 yaşlı mütəxəssis “Neftçi”dən aldığı təklifi dəyərləndirmək üçün “dənizçilər”lə yeni imzaladığı müqaviləyə xitam verilməsini istəyib. Və bu səbəbdən “Səbail” rəhbərliyi onunla anlaşmanı qarşılıqlı razılıq əsasında pozub.

Ancaq bu variant da inandırıcı səslənmir. Bu günə kimi məşqçilik karyerası ərzində “Qarabağ”ın əvəzedicilərini və “Səbail”in əsas komandasını çalışdıran, son iki mövsümdə komandası premyer-liqanın sonuncusu olan Hacıyevi “ağ-qaralar”ın “sükanı arxasına” gətirmək ölkənin ən köklü klubunun azarkeşlərini özündən çıxara bilər ki, bu da başadüşüləndi. Samir Abasovla çempionluğu bayram edən, cari mövsümdə “gümüş” qazanan bakılıların baş məşqçisi autsayder komandada çalışmış biri ola bilməz. Bəli, Hacıyev istedadlı, gələcək adına perspektiv vəd edən mütəxəssisdi. Ancaq onun indiki halda “Neftçi”nin baş məşqçisi olması qeyri-mümkündü.

Son söz əvəzi

Aftandil bəyin istefası ətrafında söylənilənləri bir daha xatırladıq, yeni müqavilə bağlayıb 10 gündən sonra anlaşmasına xitam verilən məşqçinin nəyə görə “oyundankənar vəziyyətə düşdüyünü” təhlil etməyə çalışdıq. Və belə qənaətə gəldik ki, onun istefasının əsas səbəbi klubun transfer siyasətini öz əlinə almaq istəyidi. Deyilənlərə inansaq, yeni “futbol ili” üçün ASCO “dənizçilər”ə 8 milyonluq büdcə verəcək. Milyonlar olan yerdə isə hər kəs “bir nömrə” olub, söz sahibinə çevrilmək istəyir. Bizə çatan bilgiyə görə, büdcənin artdığını görən Hacıyev “Səbail”də də “Qarabağ” modelini tətbiq etmək istəyib. Yəni izafi sərfə yol vermədən Qurban Qurbanov kimi sisteminə uyğun futbolçularla danışıq aparmaq və maliyyə məsələlərini müzakirə etmək. Ancaq görünür, onun bu addımı kimlərinsə xoşuna gəlməyib və baş məşqçi ilə yolları ayırmaq qərarı verilib.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet / Günün xəbəri

23-05-2022, 19:0

“Səbail” Aftandil Hacıyevlə yolları ayırdı, yeni baş məşqçi isə... - ÖZƏL

Premyer-liqa

25-04-2022, 10:0

Aftandil Hacıyev üçün yubiley matçı

Ölkə futbolu / Manşet

26-05-2022, 19:0

“Aftandil müəllimi "Səbail"in ayrılmaz, qızıl parçası sayırdıq”

Ölkə futbolu / Manşet

26-05-2022, 13:0

“Bu həftə namizədlərdən biri ilə razılığa gəlməyi düşünürük” - MÜSAHİBƏ

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə