Əsgərovun komandası məğlub oldu

3.05.2022 12:44 542
Ölkə futbolu
Latviya çempionatında 10-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Vüqar Əsgərovun çıxış etdiyi "Super Nova" da doğma meydanda "Liepaya" ilə üz-üzə gəlib. Matç qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mullmizin sabiq hücumçusu da bu görüşün iştirakçısı olub. Mübarizəyə ilk "11-lik"də başlayan Vüqar 75-ci dəqiqədə əvəzlənib.

​Qeyd edək ki, “Super Nova” 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.