Krivotsyuk yenə oynamadı

14.05.2022 09:26 496
Dünya futbolu
Polşa çempionatında 33-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi “Visla” da növbəti matçına çıxıb.

Plotsk təmsilçisi səfərdə "Krakoviya" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:0.

Azərbaycan millisinin üzvü bu görüşün iştirakçısı olmayıb. Zədəli olan müdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Visla” 33 turdan sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.