Emil izlədi, komandası qələbə qazandı

9.05.2022 10:50 583
Dünya futbolu
Qazaxıstan çempionatında 10-cu turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Emil Balayevin formasını geyindiyi “Turan” da növbəti maçtına çıxıb.

Türküstan təmsilçisi Karaqanda “Şaxtyor”u ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Adı matçın iştirak ərizəsinə daxil edilən kiper sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

“Turan” 10 turdan sonra 11 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.