Finalın ən yaxşı oyunçusu seçildi

19.05.2022 15:57 434
Dünya futbolu
Avropa Liqasının dünən keçirilən final oyununun ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyada Kevin Trapp qalib gəlib. “Ayntraxt”ın qapıçısı komandasının “Reyncers” üzərindəki uğurunda böyük rol oynayıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə nəticələnən matçdan sonrakı penalti seriyasında Aaron Remzinin zərbəsini dəf edən Trapp oyun ərzində 5 seyvlə də yadda qalıb.