Avroliqada həftənin ən yaxşısı

19.05.2022 20:30 465
Dünya futbolu
Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, turnirin qalibi olan "Ayntraxt"ın (Frankfurt) qapıçısı Kevin Trapp bu ada layiq görülüb.

32 yaşlı qolkiper "Reyncers"ə qalib gəldikləri final matçında 5 qurtarışla yadda qalıb.

Qeyd edək kİ, "Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında qalib olub - 5:4.