"Football-plus.az" xəbər verir ki, “Liverpul”un baş məşqçisi Çempionlar Liqasının “Real”la final oyunu üçün iştirakçı komandaların azarkeşlərinə bir qədər az bilet ayrılmasından narazılığını bildirib. Turnirin həlledici matçı mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda keçiriləcək. Klopp bu arenanın tamaşaçı tutumunun böyük olmasına baxmayaraq, UEFA-nın finalçılara kifayət qədər bilet ayırmadığını düşünür:
“Bizə və “Real”a 20 min bilet ayrılıb. Stadionun tutumu isə 75000 yerlikdi. Bəs, 35000 azarkeşin bileti hardadı?”



