Namik Ələskərovsuz keçən məşq

18.05.2022 11:40 476
Dünya futbolu
Namik Ələskərov "Bursaspor"da məşqə çıxmayıb.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı "bursahakimiyet.com.tr" saytı məlumat yayıb. İnformasiyada komandanın son məşqində cəmi 10 gənc futbolçunun yer aldığı qeyd olunub. Legionerlərdən heç kim hazırlıqda iştirak etməyib.

"Timsahlar" 2-ci liqada əcnəbi oynada bilməyəcəyindən əcnəbilərin klubdan ayrılacağı gözlənilir. Ələskərov da Bursa klubunda legioner statusunda idi.

Qeyd edək ki, "Bursaspor" 1-c liqada 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib. "Timsahlar" mövsümün son turunda “Menemenspor”la qarşılaşacaq.