"Qarabağ"ın futbolçuları bir-birilərini təriflədi

18.05.2022 09:44 785
Premyer-liqa / Manşet
"Qarabağ"ın futbolçusu Kadi Borges şəxsi "instaqram" hesabında paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komanda yoldaşı Abdullah Zubirlə fotosunu paylaşaraq bunları yazıb:

"İndiyə qədər gördüyüm ən yaxşılardan birisən. Yanında olmaqdan zövq alıram".


Fransalının komanda yoldaşına cavabı belə olub:

"Sən ən yaxşısan. Daha uzun illər bir yerdə oynamaq istəyirəm və sənə həyatında yaxşı şeylər arzu edirəm".